İdman
14
17-02-2026, 16:08

Zümrüd Ağayeva Avropa Kubokunun oyununa təyinat aldı

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan təyinat alıb.

O, qadınlar arasında UEFA Avropa Kubokunun 1/4 final mərhələsinin "Austriya" (Avstriya) - "Sparta" (Çexiya) cavab matçının UEFA nümayəndəsi olacaq.

Qarşılaşma fevralın 18-də Vyana şəhərində yerləşən "Franz-Horr" stadionunda baş tutacaq. Komandalar arasında Çexiyada keçirilən ilk oyun qolsuz başa çatıb.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər