Keçən il idmançılarımız beynəlxalq yarışlarda 2113 medal qazanıb.
Bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Milli Məclisin Gənclər və idman komitəsinin Gənclər və idman nazirliyi, Milli Olimpiya komitəsi və idman federasiyaları ilə keçirilən görüşdə deyib.
O bildirib ki, bu medallardan 1443-ü olimpiya, 589-u qeyri-olimpiya oyunları üzrə olub: “Ötən il Azərbaycanda 71 beynəlxalq, 1776 yerli yarış keçirilib. İşğaldan azad olmuş ərazilərdə isə 36 yarış keçirilib. Digər uğurlarımızdan biri də keçən il Azərbaycanda keçirilən MDB oyunlarında Belarus və Özbəkistanı qabaqlamaqla idmançılarımızın 2-ci yeri tutmasıdır. Həmin idmançıların hamısı yerli idi. Bu da o deməkdir ki, Federasiyalar bu istiqamətdə düzgün fəaliyyətdədirlər.
Bakunews.tv