İdman
3
Dünən, 13:26

Əliyar Ağayev Azərbaycana qayıda bilmir - SƏBƏB

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev çətin vəziyyətlə üzləşib.
Bakunews.tv Sportal.az-a istinadən xəbər verir ki, referi Azərbaycana geri qayıda bilmir. Belə ki, o, hazırda Küveytdə qalmağa məcbur olub.

Azərbaycanın tanınmış futbol hakimi Küveyt kubokunun bir neçə oyununu idarə etmək üçün ora yollanmışdı. Bölgədə yaranmış hərbi gərginlik səbəbindən o, hazırda ölkəyə geri dönə bilmir.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər