Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.İspaniya təmsilçisi “Real Madrid” səfərdə Almaniyanın “Bavariya” klubunun qonağı olacaq. İngiltərənin “Arsenal” komandası isə doğma meydanda Portuqaliya təmsilçisi “Sportinq”lə üz-üzə gələcək.
Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi
15 aprel
23:00. “Bavariya” (Almaniya) – “Real Madrid” (İspaniya)
(ilk oyun – 2:1)
23:00. “Arsenal” (İngiltərə) – “Sportinq” (Portuqaliya)
(ilk oyun – 1:0)
Qeyd edək ki, ötən gün keçirilən oyunlardan sonra “Atletiko Madrid” və PSJ yarımfinala yüksəlib.
Bakunews.tv