Argentina yığmasının müdafiəçisi Leonardo Balerdi DÇ-2026-nı buraxacaq.
“Marsel”in 27 yaşlı futbolçusu sağ ayağının baldır əzələsindən zədələndiyi üçün mundialın iştirak ərizəsindən çıxarılıb. Onun əvəzinə “Tottenhem”in müdafiəçisi Markos Senesi Argentina millisinin düşərgəsinə dəvət olunub.
Qeyd edək ki, iyunun 11-də start götürən dünya çempionatı iyulun 19-dək davam edəcək. Argentina millisi J qrupunda Əlcəzair, Avstriya və İordaniya ilə mübarizə aparacaq.
Bakunews.tv