İdman
11
Bu gün, 20:59

“Fənərbağça" ailəsinə bir borcumuz var və onu hələ ödəyə bilməmişik" - İsmayıl Kartaldan ilk açıqlama

““Fənərbağça" ailəsinə bir borcumuz var və bunu hələ ödəyə bilməmişik. Üç dönəmimin ikisində çempionluğumuz əlimizdən alındı. Bu, təsdiqlənmiş bir faktdır”.
“Fənərbağça”nın yeni baş məşqçisi İsmayıl Kartal təyinatından sonra klubun rəsmi saytına açıqlamasında bildirib.

Təcrübəli mütəxəssis ilk növbədə klub rəhbərliyinə təşəkkür edib:

“Çox xoşbəxtəm. Prezidentimizin dünən mənə zəng edib “Oğlum, necəsən?” deməsi belə məni çox duyğulandırdı. Onunla çox xüsusi münasibətimiz var. Mənə zəng etməsi qürurverici idi. Birlikdə çox xüsusi xatirələrimiz var. 3 iyul prosesi, avtobusumuzun güllələnməsi… Sanki o günləri yenidən yaşayırıq. Bu, mənim “Fənərbağça”dakı dördüncü dönəmimdir. Azarkeşlərimiz qarşısında utanmamaq üçün əlimdən gələnin ən yaxşısını edəcəyimə söz verirəm. 99 xal və 99 qolluq mövsümü xatırlayın. Həmin vaxt komandamız Avropanın böyük klublarına bənzər futbol oynayırdı".

Kartal müasir futbolun aparıcı komandalarını da nümunə göstərib:

“Hazırda futbolda beş trend komanda var: PSJ, “Bavariya”, “Barselona”, “Arsenal” və “Mançester Siti”. Son dönəmimdə biz də buna bənzər futbol oynayırdıq. İndi həmin oyunun üzərinə yeniliklər əlavə edəcəyik. Bunun üçün uyğun futbolçularımız var.

“Fənərbağça”ya gəlib həyəcanlanmamaq mümkün deyil. Bura bizim evimizdir, hər şeyimizdir. Yeni mövsümdə prezidentimiz və Oğuz Çətinlə birlikdə həm Türkiyədə, həm də Avropada bütün çətinliklərin öhdəsindən gələcəyik”.

Qeyd edək ki, İsmayıl Kartal daha əvvəl 2014/2015, 2021/2022 və 2023/2024 mövsümlərində komandanın baş məşqçisi olub.

Kartal sonuncu dəfə Ali Koçun prezidentliyi dövründə “Fənərbağça”ya rəhbərlik edib. Komanda həmin mövsümü “Qalatasaray”ın ardından ikinci pillədə başa vurub, 99 qol vuraraq 99 xal toplayıb.

Bakunews.tv
Son xəbərlər