İdman
2
Bu gün, 17:25

Tunis - Yaponiya matçında hakim xüsusi forma ilə meydana çıxacaq

Tunis və Yaponiya yığmaları arasında keçiriləcək 2026-cı il dünya çempionatının qrup mərhələsinin 2-ci tur matçı mundiallar tarixində 1000-ci qarşılaşma olacaq.

FIFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollinanın açıqlamasına görə, Kovaç yubiley matçına xüsusi hazırlanmış forma ilə çıxacaq.

Meksikada keçiriləcək görüş iyunun 21-də baş tutacaq.

Xatırladaq ki, DÇ-2026-nın ilk turunda Yaponiya Niderlandla heç-heçə edib (2:2), Tunis isə İsveçə böyük hesabla uduzub (1:5).


Bakunews.tv
Son xəbərlər