Yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən "Araz-Naxçıvan" yeni transfer reallaşdırıb.
30 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. O, yeni mövsümdə "qırmızı-ağlar"ın uğurları üçün çalışacaq.
"Real Madrid"in yetirməsi olan Alberto Qarsia Fernandes karyerası ərzində İspaniyanın "Kastilya", "Fuenlabrada", UKAM, "Sabadel" və "Rayo Maxadaonda" klublarında çıxış edib. Təcrübəli yarımmüdafiəçi həmçinin Kiprin "Omoniya" və "Akritas Xloraka" komandalarının da formasını geyinib.
Fernandes 2017-ci ildə İspaniyanın U-19 millisində bir oyun keçirib.
Qeyd edək ki, "Araz-Naxçıvan" bundan əvvəl Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov və Luka Dumançiçlə yeni müqavilə bağlayıb.
Bakunews.tv