Azərbaycan millisinin üzvü Zamiq Əliyev Albaniyanın “Eqnatiya” klubuna qoşulmaq üçün Bakıdan ayrılıb.
Millimizin üzvünün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ölkədən çıxışına qoyulan qadağa aradan qaldırılıb.
Z. Əliyev ötən gecə saat 04:45-də Bakıdan İstanbula uçub. Hazırda Türkiyədə olan müdafiəçi bu gün Albaniyanın Rroqojine şəhərinə yollanacaq.
Qeyd edək ki, Z. Əliyev iyunun 8-də Albaniyaya getmək istəsə də, hava limanında ölkədən çıxışına icazə verilmədiyi üçün geri qaytarılmışdı. Bu səbəbdən onun adı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi üçün “Eqnatiya”nın iştirak ərizəsinə daxil edilməmişdi.
Bakunews.tv