İdman
8
Bu gün, 13:41

Mourinyo: Arda Gülər Rodrinin mövqeyində oynaya bilər

İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Joze Mourinyo Arda Gülərlə bağlı diqqətçəkən açıqlama verib.

Mourinyo Arda Gülərin gələcəkdə ispaniyalı Rodrinin mövqeyində oynaya biləcəyini qeyd edib:

“Rodrini transfer edə bilmədiyimiz üçün məyus oldummu? Xeyr. Arda Gülər onun mövqeyində oynaya bilər. Bəlkə bu gün yox, amma gələcəkdə bu rolu üzərinə götürə biləcək şəkildə inkişaf edəcək”.

Qeyd edək ki, Türkiyə millisinin üzvü Arda Gülər 2023-cü ildən “Real Madrid”də çıxış edir.

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər