İngiltərənin “Mançester Siti” klubunda maliyyə pozuntuları ilə bağlı araşdırma davam edir.
Klubun qapıçısı Canluici Donnarummanın agenti Enzo Raiola məsələ ilə bağlı “Radio Napoli Centrale”yə açıqlama verib.
O bildirib ki, mümkün sanksiyalar Donnarummanın vəziyyətinə təsir etməyəcək. Agentin sözlərinə görə, klub qapıçı ilə danışıb və onu narahat edən heç bir məqam yoxdur.
“Mançester Siti"dəki vəziyyət nəyisə dəyişə bilərmi? Xeyr, bu, nə bizim, nə də Ciqio üçün heç nəyi dəyişməyəcək. Bəzən müxtəlif məlumatlar yayılır. Klub Ciqio ilə danışıb, hamı sakitdir. İndi “Liverpul” və PSJ ilə vacib oyunlar var. Daha sonra idman məhkəməsi öz qərarını verəcək. Amma Ciqio “Mançester Siti”dən bu məsələ ilə bağlı zəmanət alıb”, – deyə Raiola bildirib.
Qeyd edək ki, Donnarummanın “Mançester Siti” ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.
Bakunews.tv