İqtisadiyyat
317
2-08-2022, 14:50

BP ikinci rübü rekord mənfəətlə başa vurub

BP-nin ikinci rüb üzrə mənfəəti 8,45 milyard dollara çatıb. Bu, şirkətin bir il əvvəlki mənfəətindən üç dəfə çoxdur və son 14 ilin rekordudur. “


bakunews.tv apa-ya istinadən xəbər verir ki, uğurlu nəticələr sayəsində şirkət səhmdarlara dividendlərin 10% artırılmasını, həmçinin əlavə olaraq 3,5 mlrd. dollarlıq səhmlərin geri alınması proqramını elan edib. Nəticədə şirkətin birjadankənar ticarətdəki səhmləri 1,5% bahalaşır.

Bundan əvvəl Britaniyanın digər neft-qaz şirkəti “Shell” özü üçün rekord rüblük mənfəət əldə etdiyini bildirmişdi. Onun rüblük mənfəəti 3,4 mlrd. dollardan 18 mlrd. dollara yüksəlib.

bakunews.tv
Son xəbərlər