Kriminal
142
11-12-2023, 11:21

Beyləqan rayonunda polis əməkdaşları 2 ədəd "AK-74" markalı avtomatı təhvil götürüb

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bakunews.tv verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər zamanı rayon sakini olan bir nəfər tapdığı silah-sursatı təhvil verib. Belə ki, tapılan 2 ədəd Kalaşnikov konstruksiyalı "AK-74" markalı avtomat, 2 ədəd avtomat sandığı və 36 ədəd patron müvafiq qaydada götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.
Son xəbərlər