Kriminal
8
12-05-2025, 12:47

Zərdabda 12 000 manat dəyərində naqilləri oğurlayan şəxslər saxlanılıblar

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Alıcanlı, Dəliquşçu, Otmanoba, Hüseynxanlı, Xanməmmədli və Gödəkqobu kəndləri ərazilərində rabitə dirəklərindən keçən naqilləri oğurlayan Təbriz Mahmudov, Saməddin Kərimov və qardaşı Əvəzxan saxlanılıblar.
Bakunews.tv-nin xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, onların 6 kənd ərazisində yerləşən rabitə dirəklərindən 12 000 manat dəyərində 2 720 metr kommunikasiya naqillərini kəsərək əlvan metalları metal qəbulu məntəqələrindən birinə satdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər