Kriminal
291
31-01-2023, 19:38

DİN: Şirvanda iki nəfər narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bakunews.tv-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F.Hüseynov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 2 qramdan artıq, yaşadığı evdən 520 qram marixuana aşkar edilərək götürülüb.

Bundan əlavə, eyni istiqamətdə şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı A.Hüseynov da saxlanılıb. Həmin şəxsdən 3 qrama yaxın, yaşadığı evdən isə 200 qramdan artıq marixuana aşkarlanıb.

Faktlarla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.
Son xəbərlər