Kriminal
184
29-07-2023, 18:11

Təcridxanaya psixotrop maddə keçirilməsinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən həbs edilmiş Nurlan Cabir oğlu Məmmədliyə tanışı Xəyal Elşən oğlu Bağırovun gətirdiyi sovqatda düyünün içərisində gizlədilmiş 0,334 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər