Maraqlı
356
19-07-2022, 14:47

"Ölümsüzlük" adlı üzük Ginnesin Rekordlar Kitabına düşüb

Hindistan brendinin 24 679 brilyantdan ibarət SWA Diamonds üzüyü Ginnesin Rekordlar Kitabına düşüb.

bakunews.tv milli.az-a istinadən bildirir ki, müvafiq məlumatlar müxtəlif nailiyyətlərin kataloqunun saytında yer alıb.

Məhsulun sanskrit dilində "Ölümsüzlük" mənasını verən Ami adlandığı qeyd edilir. Zərgərlik şirkətinin idarəedici direktoru Abdül Qafur "bu üzük ölümsüzlük və uzunömürlülüyü simvollaşdırır" deyir.

Bundan əlavə, üzüyün çəkisinin 340 qram olduğu məlum olub. Şirkət onu 95 243 dollara qiymətləndirib.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər