Maraqlı
361
14-07-2022, 18:36

Məktəbli qızın mədəsində iki rulon tualet kağızı tapıldı

Moskvada məktəbli qız kəskin qastrit şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Tibb müəssisəsinin həkimləri onun mədəsində saç və iki rulon tualet kağızı tapıblar.

bakunews.tv milli.az-a istinadən bildirir ki, "Moskovski Komsomolets"in məlumatına görə, Speranski adına 9 saylı uşaq xəstəxanasına yeniyetmə qız qusma və qarnında şiddətli sancılarla daxil olub. O, həkimlərə deyib ki, klinikaya girməzdən iki gün əvvəl təxminən iki rulon tualet kağızı yeyib. Onun niyə bunu etdiyi məlum deyil.

Uşaqda qarın boşluğu ultrasəs ilə müayinə edilib və mədədə yuvarlaq şeylər tapılıb - yeyilmiş kağız rulonları və saç.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər