Olay
452
3-05-2023, 20:49

Qəbələ rayon Nohurqışlaq kəndində ağır qəza nəticəsində ölənlər var

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bakunews.tv-ya verilən məlumata görə, Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Tofaş” markalı avtomobilin sürücüsü, polis nəfəri,1992-ci il təvəllüdlü İlham Cabbarlının idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və 32 yaşlı sərnişin Hafiz Mahmudlu hadisə yerində vəfat edib.Digər sərnişin Elşad Əzizli isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər