Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bakunews.tv-ya verilən məlumata görə, Qazax rayon Aslanbəyli kənd sakini, 1964-cü   il təvəllüdlü Oruc Nəsibovun cari ilin aprel ayının 30-da  yaşadığı evdən  çıxaraq bir daha geri qayıtmayıb. O. Nəsibovun əlamətləri belədir: Boyu 175-180 sm, sarışın, arıq bədən quruluşludur. 
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-295-14-97 şəhər və (050) 275-74-74  mobil nömrəsinə  zəng vuraraq məlumat vermələri xahiş olunur.