“Aida Məmmədova 26 saylı poliklinikanın altı əməkdaşın sakit ölümə tərk edir...?” YENİLƏNDİ /VİDEO
Nizami rayon Cəmşid Naxçıvanski 43a ünvanında yerləşən 26 saylı Poliklinikada səhiyyə işçiləri Təbibin fəaliyyətindən sonra səhhətləri qiymətdən düşüb. Müəssisə daxilində artan narazılıq demək olarki kənardan rahat şəkildə görünməkdədir. Lakin müəsisə rəhbəri Aida Məmmədovanın başı elə qarışıb ki, bu işçilərin narazı fəliyyətdə olmalarının fərqinə belə varmır. Müəssisə daxilində iş şəraitinin pisləşdirilməsi və işçilərin əmək müqaviləsinə uyğun işlədilməməsidə nəzərə çarpan nöqsanlardandır. Məsələ ilə bağlı jurnalist araşdırmamızda bizim gördüklərimizi görən hər yoxlamasında Təbibin səlahiyyətliləri və ya Səhiyyə nazirliyinin səhiyyə orqanlarına nıəzarət departamətinin əməkdaşları görübdə rəhbərliyə məruzə etməməkdə maraq çərçivəsindədir?
Bütün müəssisələrdə qanuni olaraq saat 18:00-da iş günü bitir. Lakin bu müəssisədə iş saatı rəhbərin arzusu ilə sonlanır. İki saat artıq işlədilən səhiyyə işçilərinin artıq iş saatı isə məvaciblərinə əlavə edilməyir deyə məlumatda qeyd edilməkdədir. bakunews.tv-a daxil olan ilginc məlumatlarda əməkdaşların havalandırma sistemi olmayan sanitar qovşağın toplandığı zirzəmidə fəaliyyətə məcbur edildikləri açıq şəkildə görünməkdədir. Əgər müasir avadanlıq vasitəsi ilə işçilərin iş qrafikinin tənzimlənməsi həyata keçirilirsə o zaman nikalaydan qalma tabelə qol çəkmək prosesi niyə həyata keçirilir. Məsələ çox müəmmalıdır. Burda ya ikili idarəçilik siyasəti aparılır yada quraşdırılan müasir texnologiya özünü doğrultmur. Əgər qəbulı etsək ki avadanlıq normativlərə cavab vermir o zamanda sual yaranır. Bəs o zaman bu avadanlığın qurulmasında büdcədən milyonların silinməsində maraqlı tərəflər kimlərdir?
Müasir dövrümüzün daxilində 90-ları xatırladan görüntülər həqiqətəndə utanc vericidir. Doxsanıncı illərdə belə zirzəmillərdə insanların işləməsi dövlət tərəfindən yol verilməz hal kimi qəbul edildiyi hamımızın xatirindədir. Lakin bu gün XXI əsrin astanasında bu qədər insani dəyərlərin düşməsi həmdə hər sahəyə uyğun agentliklərin Nazirliklərin fəaliyyətini nəzərə alsaq bu halların mövcud olması belə bir utanc simvolu olmalıdır.
26 saylı Poliklinikanın antisanitariya içində əməkdaşlarını işlətməsi və ya poliklinikaya müraciət edən xəstələrin xəstəlik tarixçəsi kitabını almaq üçün üz tutduqları arxiv otağının yerləşdiyi yerin bu qədər iyrənc şəraitdə olması heçdə normal cəmiyyətdə qəbul ediləcək durum deyil. Əməkdaşımızın həmin qeyd edilən yerdən çəkiliş etməsidə bu məsələnin tamamilə reallıq olduğun bir daha subut etmişdiur. Xəstəxananın zirzəmisində nəmişlin və iyin mövcud olması əmək qanunvericiliyinə əsasəndə orada işləyənlərin hüquqlarının kobud şəkildə pozulması deməkdir. Bu gün yazdığımız bu məqalə ola bilsin Poliklinika rəhbərliyik tərəfindən təkzib edilər heç bir əməkdaşın bu şəraitdən narazı olmadığınıda yazılı şifahi bildirə bilər. Lakin insan olaraq əgər əməkdaş bu şəritdən narazı deyilsə buyurub öz iş otağını onların işlədiyi şəraitlə dəyişdirməsi baş həkimin onun ədalətli rəhbər olduğunu və tabeliyində olan işçilərin həyatlarının onun üçün dəyərsiz olmadığını subut etmiş olar. Amma sən saydığını say gör fələk nə sayır. İllərdir bu əməkdaşların əməyi bu cür istismar edilir. Xəstəlik mənbəyinin tam epicentrində işlədilərək hamısını xəstəliyin daşıyıcısına çevirdikdən sonra Baş həkim heçnəyə açıqlama verə bilməz. Məsələnin otaq sayımızın az olması kimi dəyərləndirilməsi isə tamamilə yanlış yanaşma olar qətiyəndə bu açıqlama ilə çıxış etməsini məqsədə müvafiq hesab etmirik. Veriləcək bu cavablar şablondan başqa bir şey deyildir. Dövlət hər bir müəssisənin yerləşəli olduğu inzibati binada tam təşəbüslü fəaliyyətini nəzərə almaqla rəy verir. Əgər kimlərsə büdcədən talançılıq məqsədi ilə yerləşməli olduğu binanın otaq sayında əskilmə edirsə bu onun rəhbərinin problemidir dövlətin deyil.
QEYD: -25.01.2022 MEDİADA AİDA MƏMMƏDOVANIN İŞ OTAĞININ PƏNCƏRƏSİNDƏN VƏTƏNDAŞ ÖZÜNÜ ATARAQ İSTƏYƏRƏK İTTİHARA CƏHD ETMƏSİ İLƏ BAĞLIDA MƏLUMAT YAYILMIŞDI. “26 saylı Şəhər Poliklinikasında vətəndaş intihar etmək istədi” sərlövhə altında dərc edilən bu məlumatdan sonra Aida Məmmədova fəaliyyətini hələdə davam etdirməsinin özü bir müəmmaya imza atıb. Məqalənidə olduğu kimi sizlərə təqdim edirik: Hadisə Nizami rayonu 26 saylı Poliklinikada baş verib.
Qanunla.Az xəbər verir ki,Poliklinikanın baş həkimi Aida Məmmədovanın haqsız tələblərinə etiraz edən, poliklinikada qeydiyyatda olan vətəndaş özünü Baş həkimin ikinci mərtəbədəki kabinetinin pəncərəsindən atmaq istəyib.Xoşbəxtlikdən yaxınlıqda olan insanların köməyi ilə intiharın qarşısı alınıb.
Ümumiyyətlə dəfələrlə bu səhiyyə ocağının yarıtmaz fəaliyyəti haqda müxtəlif mətbuat orqanlarında,Saytlarda həyacan təbili çalınmağına baxmayaraq, baş həkimin Bakı baş Səhiyyə Mərkəzində və Səhiyyə Nazirliyindəki havadarlarının sayəsində indiyədək baş həkim haqqında heç bir tədbir görülməyib. Baş həkim Poliklinikanı şəxsi mülkü kimi idarə edir. Poliklinikanın birinci mərtəbəsində iki diş, ikinci mərtəbəsində isə bir diş kabinələri fəaliyyət göstərir. Ürək,böyrək, nevropotoloq, kardioloq xəstələri isə üçüncü mərtəbələrə zülümlə qalxırlar. Ən dözülməzi isə şəkər xəstələrinin də üçüncü mərtəbəyə qaldırılmasıdır.Məlumata əsasən bildiririk ki, Baş həkim həttda Polikilinikanın həyətini Avtodayanacağa çevirib ordan da gəlir əldə edir.
Qeyd edək ki,Baş həkim haqqında əslində görsənən süjetdən sonra ,Hüquq mühafizə orqanları tərəfindən CM-125 özünü öldürmə həddinə çatdırma maddəsiylə cinayət işi qaldırılmalıydı… Təəssüflər ki…
Bütün bu məslələr eyni adlı poliknikada baş verir bəs buna bir dəfə dur deyəcək səlahiyyətli şəxs kimdir. Aida Məmmədova kim və ya kimlər tərəfindən bu qədər himayə edilir ki, Ona gözün üstə qaşın var deyən qurum tapılmır?
Daxil olan məlumatla bağlı Poliklinika rəhbərliyi ilə əlaqə saxlamağa çalışdıq. Lakin Aida Məmmədovanın blütendə olduğu bildirildi. İnanırıq ki məqaləmizin dərc edilməsindən sonra məqalədə adları çəkilən şəxs və qurum məsələyə münasibət bildirəcəkdir.
KİV haqqında qanuna söykənərək qarşı tərəfi dinləyib fikirlərini dərc edilməsinə hər bir şərait yaradılacaqdır.
Məqalə hazırlanarkən vətəndaş əlaqə saxlayaraq Aida Məmmədovanın onun atasından rüşvət istədiyini qeyd edib. Beləki, vətəndaşın iddialarına görə dövlət tərəfindən atasına ayrılmış pulsuz dərmanların vaxtında verilməsi üçün atasından pul istəyirlər. Həmçinin qeyd lərdə oda bildirilib ki, atasının pensiyaya çıxmasına görə A.Məmmədova tərəfindən rüşvət tələb edilib. Bütün bunlarla bağlı geniş məqaləmiz yaxın zamanda olacaq. Bizi izləməyi unutmayın. Yenədə KİV haqqında qanunu əsas götürərək xanım rəhbərin və ya tabesində olduğu qurumun münasibətini dərc etməyə hazırıq.