Abşeron Mərkəzi Xəstəxanasında uzun növbələr narazılıq yaradır
Abşeron Rayon Mərkəzi Xəstəxanasıda yaranan uzun növbələr və sistemsizlik vətəndaşların narazılığına səbəb olub. Bizimesr.az-ın məlumatına görə, xəstəxanaya müraciət edən sakinlər bildirirlər ki, bu hal artıq uzun müddətdir davam edir. Onların sözlərinə görə, hər gün saatlarla növbədə qalmalı olur, xidmətin təşkili isə qənaətbəxş deyil.
Şikayətçilər qeyd edirlər ki, müraciət edənlərin sayının artmasına baxmayaraq, növbələrin tənzimlənməsi istiqamətində effektiv addımlar atılmır. Nəticədə gözləmə müddəti daha da uzanır və vəziyyət getdikcə ağırlaşır.
Qeyd edək ki, tibb müəssisəsinin direktoru Səkinə Sadıxovadır və onun fəaliyyəti ilə bağlı müxtəlif müzakirələr mövcuddur. Eyni zamanda, Vüqar Qurbanovun adı da bu kontekstdə hallandırılır.
Məsələ ilə bağlı aidiyyəti qurumların rəsmi mövqeyi hələlik açıqlanmayıb.