Bu gün Mərkəzi Klinik xəstəxananın kardiologiya şöbəsinin müdiri deyilən Firdovsi İbrahimovun yazısını oxudum.O,bu günlərdə infarktlı xəstənin övladının onunla olan mübahisəsinə cavab verib, sonra da həkimləri həmrəyliyə çağıraraq deyib ki, artıq klinikalar ağır xəstələrə baxmaqdan imtina (????)edirlər Firdovsi həkim yazıda nə səhiyyə qanunvericiliyi,nə də digər normativ hüquqi aktlara istinad etməyərək iddia edilən davranışlara, sanki bəraət qazandırmaq istəyir, vəzifə borcu və təlimatı hüquqi normativ sənədi unudur.
O, tibbi hüququ, qanunvericiliyi və digər normativ hüquqi aktları mükəmməl bilsəydi,belə açıqlama verməzdi.
"Klinika təsərrüfat hesablı"dır nə deməkdir? Dövlətin binası, bəlkə də bəzi avadanlıqları və ləvazimatları ilə necə təsərrüfat hesablı Özəl TİBBİ Müəssisə yaratmaq olar.?
İkincisi,"Özəl TİBBİ FƏALİYYƏT haqqında"qanunun 14- cü maddəsinə görə özəllərdə təxirəsalınmaz tibbi yardıma ehtiyacı olanlar pulsuz yardım almalıdırlar.Adıçəkilən xəstə məhz bu kateqoriyayaya aid olduğunu Siz yazınınız da göstərmisiniz.
Belə olan halda,Siz vəzifə borcunu yerinə yetirməklə məşğul olmaq əvəzinə, ödənişdən danışaraq sanki gördüyünüz işi xəstələrin "başına"qalxırsınız.
Siz müalicə həkimi olaraq "göstərilən tibbi xidmət ödənişi etmək istəmir, mənəvi dəyərləri və normaları tapdalayıraq"deyirsiniz.Siz müalicə həkimi olaraq göstərilən ödəniş necə müəyyən edirsiniz,bu Sizin vəzifə təlimatında yazılıbmı?!??
Xəstəni qanunsuz ödəniş etməyə sanki, məcbur etmək hüququ məsuliyyət yaratmırmı?
Firdovsi İbrahimov yazır "Sözügedən xəstədə olduğu kimi, bir çox klinikalar ağır xəstələri qəbul etməkdən imtina edir"(?!?)
Qeyd edək ki, Cinayət Məcəlləsinin 142-ci maddəsinə görə xəstə yə tibbi yardımdan imtina ağırlaşmalara görə 4-6 il, ölümə görə isə 6-8 il azadlıqdan mərhumetmə nəzərdə tutulub.
Bu və CM -nin 143 maddələri tətbiq edilsəydi (xəstənin sağlamlığını təhlükədə qoyma) Firdovsi həkim bu cür açıqlama"yapmazdı".
P.S.Ən böyük problem , ağır dərd isə mənə edilən zənglər və savadsız,zəhərli ifadələr olacaq."Mahiyyəti, həkim də həkimdən belə şeylər yazarmı??Hər şeydə yalan danışmaq olar, tibb sahəsi yalanı qətiyyən sevə bilməz...
Faiq Memmedli,həkim ekspert
Bakunews.tv