SON DƏQİQƏ
Bakunews.tv » Siyasət » Leyla və Arzu Əliyevalar "Yalnız mədəniyyət" adlı musiqili-bədii gecədə iştirak ediblər

Leyla və Arzu Əliyevalar "Yalnız mədəniyyət" adlı musiqili-bədii gecədə iştirak ediblər

01.05.2025 18:21 69
Aprelin 30-da Bakı Musiqi Akademiyası nəzdində Opera studiyasının səhnəsində Azərbaycanın Xalq artisti Eyyub Yaqubov "Yalnız mədəniyyət" adlı musiqili-bədii proqram ilə çıxış edib.
Bakunews.tv AZƏRTAC-a istinadən xəbər verir ki, şair, böyük dramaturq Hüseyn Cavidin xatirəsinə həsr olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər.

Tədbirdə Eyyub Yaqubov və ifaçının sənət dostları musiqinin sehri, mahnıların ahəngi və şeirlərin dərinliyinin bir araya gəldiyi maraqlı bir təqdimatla tamaşaçıların qarşısına çıxıblar.


Xəbəri necə qiymətləndirirsiniz?