Siyasət
10
22-01-2026, 14:14

İlham Əliyev: "Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın "Qarabağ"!"

Prezident İlham Əliyev "Qarabağ"ın "Ayntraxt" üzərində qələbə qazanması münasibətilə komandanı təbrik edib

"Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə "Qarabağ" futbol klubunu ürəkdən təbrik edirəm!

Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə "Qarabağ"ın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək.

Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın "Qarabağ"!"


Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər