Milli Məclisin biznesmen deputatı Məşhur Məmmədovun yeni qalmaqalla üzləşməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb…
Deputat mandatı əldə etdikdən sonra imkanları genişlənən Məşhur Məmmədov özünün reklamını qurmaq üçün gizli şəkildə bir neçə media orqanı ilə anlaşıb və onları maliyyələşdirir. Bəzi iddialara görə isə deputat həmin mediaları ümumiyyətlə satın alıb. Hələlik adını açıqlamayacağımız bir media orqanının isə Məşhur Məmmədov tərəfindən yeni yaradıldığı iddia olunur.
Məlumata görə Məşhur Məmmədovun maliyyə dəstəyi ilə fəaliyyət göstərən həmin media saytlarında bir çox məmurlar ağır və açıq tənqidlərin hədəfinə çevrilib. Belıə ki, Məşhur Məmmədovun “media bloku” biznesmen deputatı reklam etməklə, gündəmdə saxlamaqla bərabər, həm də bəzi deputat və məmurları vurmaqla, onları qaralamaqla, haqqlarında mənfi imic formalaşdırmaqla məşğuldur.
Qeyd edilir ki, Məşhur Məmmədovun mediaya olan marağı Milli Məclisin rəhbərliyinə çatdırılıb. Böyük ehtimalla özbaşınalığına görə Məşhur Məmmədov cəzalandırılacaq. Yəni Məşhur Məmmədov qaş düzəltiyi yerdə göz çıxarıb və əslində biznesini təhlükə altına atıb. (Fim.az)
Bakunews.tv