Siyasət
446
21-08-2022, 15:32

Milli Məclisin sədri Türkiyə xalqına başsağlığı verib

Milli Məclisin sədri Sahibə Qafarova Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanlarla bağlı Türkiyə xalqına başsağlığı verib.

bakunews.tv milli.az-a istinadən xəbər verir ki, Sahibə Qafarova bu barədə tviter hesabında yazıb.

"Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanların ailələrinə, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirəm", - Milli Məclisin sədri qeyd edib.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər