SON DƏQİQƏ
Bakunews.tv » Siyasət » Ayxan Hacızadə Litvanın XİN başçısına CAVAB VERDİ

Ayxan Hacızadə Litvanın XİN başçısına CAVAB VERDİ

09.08.2023 17:44 212
“Laçın yolu Ermənistan tərəfindən son üç il ərzində sui-istifadə edilib. Təəssüf ki, bütün bu illər ərzində Litva susqunluq nümayiş etdirib”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.

O, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi erməni yalanlarına inanmamağa çağırıb.

Qeyd edək ki, litvalı nazir ermənistanlı həmkarı Ararat Mirzoyanla telefon danışığında Laçın yolunun “bağlanmasının ağır humanitar nəticələri ilə bağlı narahatlığını” bildirmişdi.
Xəbəri necə qiymətləndirirsiniz?