Şou-biznes
364
30-07-2022, 10:40

Həyatı təhlükdə olan aktyora bacısı öz ciyərini verəcək - Bakıda

Həyatı təhlükədə olan, qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayevin əməliyyatı Bakıda həyata keçiriləcək.

Bu barədə bakunews.tv-ya qaynarinfo-ya istinadən aktyorun həyat yoldaşı Elvina Atakişiyeva məlumat verib. Onun sözlərinə görə, əməliyyat tarixi gələn həftəyə təyin olunub:

"Elvin Türkiyənin Ankara xəstəxanasında müalicə aldı, əməliyyat da orada həyata keçirilməli idi. Lakin donor uyğun gəlmədi. Orada həkimlər də məsləhət bildi ki, bu əməliyyatı Azərbaycanda ustalıqla edən həkimlər var. Elvinin əməliyyatı onların tövsiyə etdiyi həkimlər tərəfindən aparılacaq. İndi Elvinə bacısı donor olacaq”.

bakunews.tv



Elvina Atakişiyeva deyir ki, bu əməliyyat Bakıda Dövlət Gömrük Xəstəxanasında həyata keçiriləcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər