Şou-biznes
346
11-07-2022, 02:51

Əfsanəvi “Scorpions” qrupu konsertində Ukrayna bayrağı qaldırdı - VİDEO

Dünyaca məşhur rok qrupu “Scorpions” İsraildə konsert verib.

Musiqiçilər Ukraynanı dəstəkləyərək öz pərəstişkarlarına və bütün dünyaya müharibənin bitmədiyini xatırlatmaq qərarına gəliblər.

İfaçılar Ukrayna üçün sözləri dəyişdirilən əfsanəvi “Winds of Change” (“Dəyişiklik küləkləri”) mahnısını ifa edərkən Ukrayna bayrağını qaldırıblar.

Tamaşaçılar da ukraynalıları fəal şəkildə dəstəkləyiblər. İzdiham arasında da çox sayda Ukrayna bayraqları görünüb.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər