Şou-biznes
379
12-07-2022, 17:06

Elnarə makiyajsız görüntüsü ilə izləyicilərini HEYRAN ETDİ - VİDEO

“Nə yazıq ki, zaman heç kimə güzəşt etmir və özümüz də hiss etmədən illərimiz ömrümüzdən sürüşüb yavaş-yavaş qeyb olur”.

Oxu.Az-ın məlumatına görə, bu sözləri müğənni Elnarə Xəlilova sosial şəbəkə hesabında yazıb.

Makiyajsız görüntüsünü paylaşan ifaçı bunları əlavə edib:

“Gedən vaxtınızın dəyərini bilin. Ömrə etibar yoxdur. Dəyərli vaxtınızı sevdiklərinizlə keçirin. Sonra gec ola bilər. Həyatınızı lazımsız neqativlərə, yersiz kin və ədavətə yox, sevgi və pozitivə kökləyin. Bizə qalan o olacaq. Sizi sevirəm”.

Qeyd edək ki, izləyiciləri Elnarəni makiyajsız çox bəyəndiklərini qeyd ediblər. “Siz makiajsız daha gözəlsiz” şərhinə müğənni “Belə o qədər sevirəm ki, özümü” cavabını verib.

Həmin görüntüləri təqdim edirik:
Son xəbərlər