Şou-biznes
386
31-08-2022, 17:55

Eddi Mörfi məşhur obrazını yenidən canlandıracaq

"Beverli Hills Polisi" franşizasının dördüncü hissəsinin hazırlanmasına başlanılıb.


Aksell Fouli obrazını canlandırmaq üçün baş rol ifaçısı Eddi Mörfi layihəyə qayıdıb.

bakunews.tv oxu.az-a istinadən xəbər verir ki, filmin prodüseri də aktyor özü olacaq.

Ekran əsəri "Beverli Hills Polisi: Aksell Fouli" adlanır. Filmin rejissoru Mark Molloydur. Aktyor heyətinə Teylor Peyc və Cozef Qordon-Levitt də qatılıblar. Film "Netflix"də yayımlanacaq.

Qeyd edək ki, "Beverli Hills Polisi" filminin ilk hissəsi 1984-cü ildə ekranlara çıxıb. O, ən yaxşı ssenari üzrə "Oskar", həmçinin ən yaxşı film və ən yaxşı aktyor nominasiyalarında "Qızıl Qlobus" mükafatına namizəd olub.

bakunews.tv
Son xəbərlər