Təhsil
420
28-05-2024, 01:19

XIrdalan 9 nömrəlidən Qovuldu amma özünü elə göstərdi guya özü pensiyaya gedir... YALANA BAX

Bir müddətdir 9 nömrəli məktəbdə köklü yoxlamalar aparılmaqda idi. bakunews.tv-ın apardığı araşdırmaları əsasında Abşeron-Xızı Regional Təhsil İdarəsinə təqdim edilmiş məlumat və faktlar üzrə təsdiqin tapan nöqsanların bir qismi aradan qaldırılsada, bir sıra nöqsanlar aradan qaldırıla bilmədiyindən məsul şəxsin fəaliyyətinə son verilməsi qərarı qəbul edilmişdir. Aparılan araşdırmaların nəticəsi olaraq məktəbdən qeyri qanuni qovulan şagirdlər geri qaytarılmaqla bir çox ailənin sevinci İlhamə Abdullayeva tərəfindən təmin edilmişdir. İlhamə Abdullayeva sevinclərin nə qədər gözəllik yaratdığından feyziyab olaraq dahada gözəllik naminə islahatlar aparmağa üstünlük verdi.

Hansı ki bu islahatlar hələ bitməyib. Bu atılan addımların sonu olmadı və bu addımların davamı gələcəyinədə şübhəmiz yoxdur. Beləki, məktəbdə qanunsuz əməlləri ilə valideyn və müəllim heyətini boğaza yığan məsul şəxslərində qısa müddət ərzində çıxarılacağı gözlənilir. Qeyd edək ki, hələ 20 gün əvvəl bir şagirdə fiziki zorakılığ edən direktor müavini Nigar Səlimxanova və dövlət büdcəsindən qeyri qanuni yollarla varlanmağa çalışan keçmiş müavin indiki ibtidai sinif müəlliməsi Kəmalə Cəfərova kimi qanun sevməyənlərində gedişini səbirsizliklə gözləyən kollektiv və Valideyn kütləsi var. K.Cəfərovanın üzümüzə gələn ay qanunsuz sertifikasiya imtahanında iştirak etməsinə məhs elə Həcər İbrahimova şərait yaratmaqda idi. Lakin qanunsuz setifikasiyaya girmək istəyən şəxsin əməllərinə kim rəhbər dura bilər. Şəxsə üzrlü səbəbi saxta yollarla kim və ya kimlər yaradacaq. Yaradılacaq saxta üzrlü səbəbin nə olmasını mütləq əldə etməyə çalışacaq və sizlərə təqdim edəcəyik. Bu gün fəaliyyətinin dayandırılması təmin edilən Həcər İbrahimova barəsində sosial şəbəkələrdə səsküy yaranıb. Qeyd edək ki, Direktorun işdən çıxarılması onun işbirliyində olan şəxslər tərəfindən tamaşa ilə yola salınması ilə yadda qaldı. Qovulmuş şəxs özünün təqaüdə getdiyi xəbərin yayaraq təhvil təslim etdikdən sonra təmtəraqlı gedişat tələbi edib... Və bu tələbə yenədə sonda işbirliyində olduğu şəxslər və artislik edərək guya kədərləndiyin göstərən bir iki yandaşları göz yaşları ilə yola salma mərasimi ediblər. Əzizləri dünyasın dəyişəndə ağlamayanlar guya direktoru bu qədər sevirlərmiş kimi göz yaşı töküblər.

TAMAŞANIN MƏKTƏB XOLUNDAN BAŞLAMASI VƏ ŞAGİRDLƏRİNDƏ BU TAMAŞANI OYNAMAĞA MƏCBUR EDİLMƏSİ CƏZASIZ QALA BİLMƏZ!


Göz yaşı axıdanlar daim tində bucaqda Həcər onu etdi bunu etdi deyərək qiybətdən başını qaldırmayanların toplusu idi. Hələ qapıda jurnalistin ayağını əzən 10 gündə bir direktorun qarasına mırt mırt mırtdayan qapıçı belə özünü kədərlənmiş göstərməsidə gülüş doğurub. Sosial şəbəkələrdə yayılan görüntülərdə isə rəylərdə ürək açan olmayıb. Nəhayətki Həcərdə belə getdi deyə başlıq altında sevincin bölüşənlər də oldu. İndi sual edirik. Dərs saatında şagirdləri siniflərinə buraxmayıb zorla girişdə saxlayaraq 500 metrdən artıq məsafədə kalon yaradan şəxs və ya şəxslər kimlər olub. Həcər İbrahimova hansı xidmətlərinə görə, Ali olan dövlətin maraqları tapdağ altına atıldı? Dövlətdən məvacibin alacaqları dərs saatın təxirə salacaq qədər önəmli hansı dövlət əhəmiyyətli tədbir keçirilirdi? Direktorun yola salınması məsələsidirsə o şəxsin təqaüdə deyil işinə xitam verilməsi ilə bağlı bir ay öncə yoxlama nəticələrinin aşkarlanması və RTİ qərarını biz məlumat olaraq əhaliyə çatırmışdıq. Bundan xəbərsiz olan bir nəfər belə 9 nömrəli məktəbdə şəxs qalmamışdı. Tədrisin verilməsində yaradılan problem və azyaşlıları zorla çöldə saxlayaraq onlara əl çalması tapşırığını kimin əmri ilə ediblər? Ən əsası quldarlığa bizi və övladlarımızı sövq edən bu şəxslərin kimliyi çox maraqlıdır. Bunu kim nə vaxt sual edəcək? Güman edirik gedəni göndərən rəhbərlik qısa vaxtda bu suallın cavabınıda bizimlə bölüşəcəkdir.
Məsələni diqqətimizdə saxlayacağıq. Bizi izləməyi unutmayın. Daim doğruları ilə sizlərin yanında olan xəbər portalınız.
Son xəbərlər