Təhsil
408
23-06-2024, 16:36

Ceyranbatanda 62 yaşlı müəllimə könülü iştirak etdiyi imtahanda yüksək nəticə göstərib

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi sertifikasiya imtahanında maksimal nəticə göstərib.

Sözügedən məktəbdə 41 ildir riyaziyyat fənnindən dərs deyən Həkimə Məmmədova 62 yaşında sertifikasiya imtahanında könüllü iştirak edərək 56 bal toplayıb. Qeyd edirik ki, 60 yaşdan yuxarı müəllimlərin sertifikasiya imtahanlarında iştirakı könüllüdür.
Son xəbərlər