Təhsil
257
29-11-2024, 14:34

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqında intiriqa qızışır – Araz Paşayev idarə edə bilmir ?!

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin daxilində gedən proseslər çox yaxından izlənilməkdədir. Gənc sədr Araz Paşayevin uzun illər “ölmüş” Komitəyə sədr gəlməsi insanlarda “diriləcək” ümidi oyatsa da, tam əksinə “ölünün ruhuna hörmətsizlik” effektini yaradır.

Qeyd edirik ki, yazdığımız bütün məlumatlar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin rəsmi sosial şəbəkələr səhifəsindən əldə olunmuş məlumatlardır. Sadəcə bir balaca siyasi araşdırma aparanda yazdığımız faktlar öz təsirini tapdığına görə, məluamtları ictimailəşdiririk.

8 noyabr Zəfər Günü ilə bağlı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Xaçmaz rayonunda yerləşən Təhsil İstirahət Mərkəzində alimlər üçün “Zəfər Düşərgəsi” keçirilir. İlk baxışdan hər şey əla, gözəl, əntiqə görünür. Lakin işin içində girdikcə görürsən ki, hamısı sadəcə pul silmək üçün böyük şoudur. Bir həftəyə yaxın davam edən düşərgədə, Təhsil İstirahət Mərkəzindəki tədbirə sədrin müşaviri adlandırılmış Elşad Novruzov rəhbərlik edir. Bütün xərclər, hədiyyələr məhz Elşad Novruzovun razılığı və rəhbərliyi ilə həyata keçirilir. Tədbir bitəndən bir neçə gün sonra məlumat yayılır ki Təhsil İstirahət Mərkəzinin direktoru, ali turizm təhsilli İlham Yusifov işdən azad olunub. Düzdü İlham Yusifovun tərəfini saxlamaq niyyətində deyilik. Əvvəlki illərdə bu Mərkəzdə etdiyi əməllərinin cavabı idi ödəyirdi. Lakin bundan sonra necə olacaq ? xatırladaq ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin nəzdində olan digər istirahət Mərkəzi “Nazlı Bulaq” a artıq Elşad Novruzovun doğma bacanağı direktor təyin olunub. Bundan əvvəl isə “Nazlı bulaq” istirahət mərkəzinin direktoru İlham Yusifovun doğma kürəkəni Cavid Əliyev idi.

Belə nəticəyə gəlmək olur ki, Sədr Araş Paşayevin yaxın dostu, müşavir vəzifəsinə təyin etdiyi Elşad Novruzov artıq öz qohumlarını yerləşdirməyə başlayıb. İlk addım olaraq bacanağının “Nazlı bulaq” istirahət mərkəzinə yerləşdirməsi, növbəti addım olaraq Təhsil İstirahət Mərkəzini ələ keçirməsinə zəmin yaradır. Bəs sual yaranır: Səttar Möhblalıyevin ailə monopoliyasını dağıtmaq üçün aparılan islahatlar bunlar üçün bir siqnal deyildi ?! Bəs niyə Araz Paşayev və onun özü ağılda ətrafına topladığı adamlar rayon və şəhər komitələrinə hədə-qorxu gəlir ki, bəs illərlə qohumbazlıq əsasında işləmisiniz?! İndi şəxsləri dəyişib, öz qohum, dost, tanışını, tanışının bacağını işə götürmək nədir bəs ?!

Növbəti yazılarımızda daha ciddi faktlar açıqlanacaq
Son xəbərlər