Təhsil
2
Dünən, 12:43

İqtisadiyyat və Humanitar Kolleci rəhbərliyindən məhkəməyə müraciət edilib

BDU nəzdində İqtisadiyyat və Humanitar Kolleci PHŞ-in rəhbərliyindən müxtəlif dövlət orqanlarına şikayətlər olunur.Bu barədə bir müddət əvvəl ölkə saytları şikayətçi şəxslərə istinadla məlumatlar yayıb.

TEREF-ə verilən məlumata görə,Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən kollecə müvəqqəti təyin olunan direktor Hicran Əyyubova ilə bağlı artıq məhkəməyə də müraciət olunub.Belə ki,İqtisadiyyat və Humanitar Kolleci PHŞ-də Qeydiyyat,Qiymətləndirmə və Monitorinq şöbəsinin işdən çıxardılan rəhbəri və Dəftərxana müdiri vəzifəsində çalışan Haşımlı Nigar İsmayıl qızı kollec rəhbərliyinin qərar və yanaşmasından məhkəməyə müraciət edib.

Qeyd edək ki,Haşımlı Nigar İsmayıl qızı məhkəməyə müraciət etməsini Faktinfo.az-a təsdiqləyib.

Xatırladaq ki,Hicran Əyyubovaya Tovuz Dövlət Sosial-İqtisadi Kollecində fəaliyyətinin ilk aylarında yol verdiyi nöqsanlara görə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən töhmət verilib.Eləcə də kollecdən kənarlaşdırılan şəxslərdən üçü barəsində Tovuz Rayon Məhkəməsində işə baxılmış,müəllimlərin tədrisdən kənarlaşdırılması qanunsuz hesab edilmiş,onlar barəsində işlərinə bərpa qərarı qəbul edilmişdir.
Faktinfo.az


Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər