Təhsil
2
Bu gün, 18:24

Təhsildə saxta data iddiası: Dosentdən nazirə SƏRT suallar

Təhsilin keyfiyyətinə dair statistikası səhvdir, reallığı əks etdirmir, tam faydasızdır. Onda Elm və Ttəhsil Nazirliyi hansı DATA-dan danışır? Nazirlik hansı elmi idarəetmədən, təhsildə süni intellektdən danışır görəsən?
Datalar özü real deyil, səhvdir, saxtadır. Bu datalara əsaslanıb təhsilə dair düzgün qərarlar vermək mümkün deyil. Əgər səhv datalara əsaslanıb, səhv qərarlar veriləcəksə, onda hansı idarəetmədən, hansı nəticədən, hansı insan kapitalından danışırıq?

Bizimesr.com xəbər verir ki, bu suallarla Ali təhsil üzrə ekspert, dosent İlham Əhmədov çıxış edib. O bildirib ki, təhsil sistemi düzəlmədən, statistika korrekt və obyektiv olmadan məktəbin uğuru mümkün deyil:

“Bunun üçün isə repetitorluq ləğv edilməli, məktəblər normal işləməli, qiymətləndirmə məktəbin güzgüsü olmalıdır.

Məktəbin uğuru nə ilə ölçülür? Təhsil psixoloqları deyir ki, məktəbin uğuru yalnız qəbul göstəriciləri ilə deyil, hər bir şagirdin özünü orada necə hiss etməsi və məzunun məktəbi hansı duyğularla tərk etməsi ilə ölçülməlidir. Bu fikir prinsip baxımdan müasir pedaqogikanın əsas tezislərindən biridir.

Bəs bizim reallıqda bu fikir nə dərəcədə doğrudur?

Bizdə isə E. Əmrullayevin də etiraf etdiyi kimi, təhsilimiz sanki tərsinə qurulub. Bu səbəbdən başqa ölkələrin təcrübəsi, innovasiyaları, elmi tövsiyyələri burada keçərli deyil. Əvvəlcə tərsinə qurulmuş təhsili normal müstəviyə gətirmək haqda düşünməliyik. Təbii ki, bunu ETN etməlidir. Amma ETN-nin 25 ildə etdiyi də göz önündədir”.

Dosentin səsləndirdiyi fikirlərlə bağlı Elm və Təhsil Nazirliyinin mövqeyini işıqlandırmağa hazırıq.
Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər