Təhsil
5
Dünən, 14:32

Bu təhsil idarəsi ÇİRKABA BULAŞIB - İTTİHAM VAR...

Bu təhsil idarəsi ÇİRKABA BULAŞIB - İTTİHAM VAR...

Mart 2026-cı ildə Gəncə–Daşkəsən Regional Təhsil İdarəsində Elm və Təhsil Nazirliyinin daxili nəzarət və audit şöbələrinin əməkdaşları tərəfindən yoxlama aparılmışdır. Yoxlama zamanı Rövşən və Elçin Kərimovlar tələsik tədbirlər görərək yalnız 30 oktyabr 2024-cü il tarixindən 31 yanvar 2026-cı il tarixinədək — cəmi 3 ay ərzində idarənin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrindən (bağça müdirlərindən) 124 000 AZN məbləğində vəsaitin geri qaytarılmasını tələb etmişlər.
Tehsilmedia.az qeyd edir ki, vəsaiti qaytarmayan müdirlərə isə İqbal Kərimova (onların göstərişlərini yerinə yetirən şəxs kimi) izahat alınması tapşırılmışdır.
Əgər cəmi 3 ay ərzində bu qədər mənimsəmə aşkarlanıbsa, 2022-ci ilin aprel ayından 2026-cı ilin mart ayına qədər — yəni 5 rayon üzrə — mənimsənilən vəsaitin həcmini təsəvvür etmək çətin deyil.

Bəs bu yoxlama niyə nəticəsiz qaldı? Eyni qurum tərəfindən Samux rayonunda da analoji yoxlama aparılmış, lakin o da nəticəsiz başa çatmışdır. Bu isə belə bir sual doğurur: Gəncə–Daşkəsən Regional Təhsil İdarəsində baş verən yeyintilərdən Nazirliyin xəbəri olub və buna şərait yaradılıb, yoxsa əks halda nəticə əldə olunardı?

İddialara görə, bu mənimsəmələr dayandırılmayıb və hələ də davam edir. Rövşən və Elçin Kərimovların dövlət büdcəsinə vurduğu ziyanın miqdarı barədə aidiyyəti dövlət qurumlarının məlumatlı olub-olmadığı da sual altındadır.
Hesab edirik ki, Gəncə–Daşkəsən Regional Təhsil İdarəsi ilə bağlı səsləndirilən bu iddialar aidiyyəti dövlət qurumları tərəfindən ciddi şəkildə araşdırılmalıdır.
Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər