Təhsil
7
Dünən, 19:08

Riyaziyyat yoxsa tarix? –

Riyaziyyat yoxsa tarix? –

Nazir Emin Əmrullayevin “Hüquqşünas olmaq üçün tarix yox, riyaziyyat bilmək daha vacibdir” fikirləri müzakirələrə səbəb olub. Bir çoxları nazirin bu fikri ilə razılaşmır, hüquqşünas üçün riyaziyyat bilməyin o qədər də vacib olmadığını düşünür.
Maraqlıdır, bəs hüquqşünaslar bu barədə nə fikirləşir?

Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən hüquqşünas Fərhad Mehdiyev bildirib ki, nazirin sözlərində böyük həqiqət var:

“Nazir haqlıdır, hüquqşünas üçün riyazi bilik daha vacibdir. Çünki hüquqda riyazi məntiq tələb olunur. Hüquq normaları şərh edilərkən tətbiq olunan məntiq riyazi məntiqə çox oxşayır.
Məktəb illərində riyaziyyatı zəif olan şəxsin gələcəkdə yaxşı hüquqşünas olması çətin məsələdir. Bu fikrin altında böyük məntiq dayanır. Yaxşı hüquqşünas olmaq üçün riyaziyyatı əla bilmək yox, riyazi məntiqə sahib olmaq lazımdır.

Orta məktəbdə hər kəs riyaziyyat keçir, amma hər kəs bu fəndən yüksək nəticə göstərmir. Şagirdin riyazi düşüncəsi zəifdirsə, böyük ehtimalla, o, yaxşı hüquqşünas olmayacaq.

Yaxşı hüquqşünasda riyazi məntiq mütləq olmalıdır. Elə bu səbəbdən xarici ölkələrdə keçirilən qəbul imtahanlarında daha çox məntiqi suallara yer verilir.

Tarixə gəldikdə isə, hüquqşünasa ümumi tarix deyil, hüquq normalarının yaranma və inkişaf tarixi lazımdır”.
Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər