Narkokuryerliyə cəlb olunan şəxs saxlanıldı - VİDEO
Paytaxtda narkokuryerliyə cəlb olunan daha bir şəxs saxlanılıb Bakunews.tv DİN-ə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən əməliyyat nəticəsində əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 48 yaşlı Rəşad Məcidov saxlanılıb. Ondan 1 kiloqrama yaxın marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. R.Məcidov ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və maddi gəlir qarşılığında narkotiklərin satışını planlaşdırdığını bildirib.