Bakıda marketdən 5 min manatlıq oğurluq edildi, polis yaxaladı - VİDEO
Bakıda market qarət edilib. Hadisə paytaxtın Nərimanov rayonunda yerləşən marketlərin birində baş verib. Naməlum şəxs marketdən ümumi dəyəri 5 000 manat olan spirtli içkilər və tütün məmulatları oğurlayıb.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ə.Əlfəddinzadə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, dəfələrlə müxtəlif vaxtlarda həmin marketdən oğurluq edib.