SON DƏQİQƏ
Bakunews.tv » Dünya » Türkiyədə avtobus aşıb, 41 nəfər xəsarət alıb

Türkiyədə avtobus aşıb, 41 nəfər xəsarət alıb

07.07.2026 12:17 36
Türkiyənin Kırıkkale şəhərində idarəetmədən çıxan avtobus aşıb, 41 nəfər xəsarət alıb.
Bu barədə "TRT Haber" məlumat yayıb.

Xəsarət alanlar hadisə yerindən xəstəxanalara çatdırılıb. Onlardan üçünün vəziyyəti ağırdır.

Baş verən yol-nəqliyyat hadisəsindən sonra avtobus sürücüsü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?