Jurnalist Azər İsrafilovun qızı, 2 saylı Bakı Baza Tibb Kollecinin tələbəsi Məleykə İsrafilzadə "ASAN xidmət" mərkəzinin sertifikatına layiq görülüb. Belə ki, İsrafilzadə könüllülük fəaliyyəti nəticəsində dövlət xidmətlərinin göstərilməsi və ictimai əhəmiyyətli layihələrin keçirilməsi prosesində, həmçinin könüllülərin fərdi inkişafına yönəlmiş təlim və layihələrdə fəal inkişafına görə bu sertifikata layiq görülüb.
Xatırladaq ki, Məleykə İsrafilzadə bundan öncə "Böyük Qayıdış" Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və "Gənc Sima" İctimai Birliyinin tərəfdaşlığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunan "Poliqon" Strateji İntellektual yarışmasında da 2-ci yer tutub.
Həmkarımızın qızına gələcək həyatında və tələbə həyatında uğurlar arzulayırıq!