SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » Nazir polkovniki rəis təyin etdi

Nazir polkovniki rəis təyin etdi

06.05.2025 12:04 48
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Yanğınların Tədqiqatı və Sınaq Laboratoriyasına yeni rəis təyin edilib.
Bakunews.tv "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən vəzifəyə polkovnik-leytenant Tural Süleymanov təyin olunub.

Qeyd edək ki, polkovnik Mübariz Aydınov 2021-ci ilin aprel ayından 2024-cü ilin may ayınadək sözügedən laboratoriyanın rəisi olub. Həmin tarixdən sonra laboratoriyaya rəis əvəzi polkovnik-leytenant Zaur Əli oğlu Mədətov rəhbərlik edib.
Xəbəri necə qiymətləndirirsiniz?