Bakının Nəsimi rayonu, X.Şuşinski küçəsində yerləşən, “Volt Services Azərbaycan” MMC-yə məxsus “Volt” marketdə, Nərimanov rayonu, A.Alı küçəsində yerləşən, “Grand-Mart” MMC-yə məxsus “Megastore” ticarət obyektində, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən, “Our Company” MMC-yə məxsus “The Place” ictimai iaşə obyektində yoxlama keçirilib.“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Baxış zamanı obyektlərdə yararlılıq müddəti bitmiş qida məhsullarının satışa çıxarıldığı və istehlaka təqdim edildiyi aşkarlanıb. “Megastore” supermarketdə və “The Place” ictimai iaşə obyektində həmçinin sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyənləşib.
Yoxlama zamanı aşkarlanan istehlaka yararsız ət və süd məhsulları, dondurulmuş yarımfabrikatlar, unlu məmulatlar və alkoqolsuz içkilər dövriyyədən çıxarılaraq məhv edilib. Sahibkarlıq subyektləri barəsində inzibati protokol tərtib olunub.
Bakunews.tv