Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı SOCAR-da aparılan kütləvi ixtisarların niyə məhz adi işçilərə şamil edildiyinə etiraz edib.
XALQ xəbər verir ki, hüquq müdafiəçisi sual edir ki, SOCAR hər il sayı artan baş ofis işçiləri, vəzifəlilər arasında niyə ixtisarlar etmir:
“SOCAR-da aparılan struktur dəyişikliyi, “optimallaşma” kütləvi ixtisarlar niyə baş ofisə aid deyil ki?!
01.01.2021-ci il tarixə əsasən Baş ofis üzrə işçilərin sayı 629 nəfər olub.
01.01.2022-ci il tarixə əsasən Baş ofis üzrə işçilərin sayı 645 nəfər olub.
01.02.2024-cü ildə isə Baş ofis işçilərinin sayı daha da artıb və sayı 925 nəfər olub.
Yəqin ki, il ərzində əlavə qəbullar da olub. Bunlardan 65 nəfəri şirkət prezidentinin və vitse prezidentlərin müşavir, müavin və köməkçiləridir”.
Bakunews.tv