Cəmiyyət / Ölkə
4
Bu gün, 12:29

“Binəqədi Park Residence”də kəsilmiş ağaclara görə kim məsuliyyətə daşıyır?

Bir neçə müddət əvvəl kütləvi informasiya vasitələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi Binəqədi şosesi 53E ünvanda yerləşən “Binaqadi Park Residence” yaşayış komleksində qanunsuz olaraq 100-ə yaxın agacların kəsilməsi ilə bağlı çoxsaylı yazılar dərc olunmuşdu.
XALQ xəbər verir ki,sözügedən məsələ ilə bağlı qanunamuvafiq olaraq hər hansı bir tədbirlər görülüb görülməməsi maraq doğurur.

Bununla bağlı sorğu ünvanlasaqda sorğuya cavab verən olmadı. Lakin əldə olunan məlumata görə sözügedən məsələ ilə bağlı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən Yaşıllığa dəymiş ziyan yüz min manatdan artıq hesablanaraq hüquq muhafizə orqanlarına göndərilib.

Kəsilmiş agacların yerinə ekoloji tələblərə uyğun olaraq yeni agacların əkilməsi nəzərdə tutulub. Digər maraqlı məqam isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyatı qurumlarının baş vermiş ekoloji pozuntuya qarşı soyuqqanlı yanaşması, kəsilmiş ağac sayının az göstərilməsi və dəymiş ziyanın az hesablanmasıdır.

Araşdırmamız davam edir?

Bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər