Cəmiyyət
57
Bu gün, 12:01

Xətai rayonunda Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub - FOTO/VİDEO

16 mart 2026-cı il tarixində Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə “Mala Praga” restoranında iftar süfrəsi təşkil edilib. Tədbir milli-mənəvi dəyərlərin təbliği, cəmiyyətdə birlik və həmrəyliyin möhkəmləndirilməsi baxımından əlamətdar olub.

İftar mərasimində rayon icra hakimiyyətinin başçısı Rafiq Quluyev, millət vəkilləri Qüdrət Həsənquliyev, Mixail Zabelin, Vüqar Rəhimzadə, Zahid Oruc, Pərvanə Vəliyeva, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər müqəddəs Ramazan ayının cəmiyyət həyatında xüsusi yer tutduğunu vurğulayıblar. Qeyd olunub ki, bu ay insanları mənəvi saflığa, mərhəmətə, xeyirxahlığa və yardımlaşmaya səsləyir, sosial həmrəyliyin daha da güclənməsinə şərait yaradır.

Çıxışlarda dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan da bəhs edilib. Bildirilib ki, onların sosial müdafiəsinin gücləndirilməsi və daim diqqət mərkəzində saxlanılması dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Sonda iftar süfrəsi ətrafında dualar olunub, müqəddəs Ramazan ayının ölkəmizə və xalqımıza sülh, əmin-amanlıq və firavanlıq bəxş etməsi arzu edilib. Tədbir iştirakçıları bu cür təşəbbüslərin cəmiyyətin birliyinin və həmrəyliyinin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd ediblər.
Xətai rayonunda Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub -




















Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər