Paytaxtı yağış suları ağuşuna aldıqdan sonra yaranan problemlərin həlli istiqamətində Bakı meri Eldar Əzizovun göstərişi ilə tələsik təmizlik, iməclik, sil-süpür işlərinə start verildi. Demək olar ki, bütün rayon icra başçıları sürətli şəkildə sosial şəbəkələrdə və rəsmi saytlarında foto və videolar paylaşdılar. Hətta Eldar Əzizov Bakı küçələrini yudu, digər rayon icra başçıları da tələsik müxtəlif tədbirlər görərək bunu ictimailəşdirdilər.Amma nədənsə Nərimanov rayon icra başçısı bu təmizliklərdə, abadlıq işlərində gözə dəymir. Bakının mərkəzi rayonlarından biri olan Nərimanovda nə iməclik keçirildi, nə də hər hansı aktivlik müşahidə olundu. Əslində səbəb bəllidir. Nərimanov rayon icra başçısı Elgin Həbibullayev, görünür, Eldar Əzizov Bakı meri olduğu halda belə, heç kimdən çəkinmir və narahatlıq hiss etmir. Üstəlik, Eldar Əzizovun media məsələlərini həll edən şəxsin də Elgün Həbibullayev üçün çalışdığı qeyd olunur.

Bu qədər narazılığın fonunda Elgin Həbibullayevin kənarda qalması, görünməz olması da, görünür, başqa bir planın və ya məqsədin tərkib hissəsidir. Elgin Həbibullayevin fəaliyyətinin aktiv olub-olmaması Nərimanov rayon İcra Hakimiyyətinin rəsmi saytından da açıq görünür. Bu sayt vətəndaşlarla görüş günlərini elan etmək, görüşlər barədə məlumat yaymaq və görülmüş işlər haqqında ictimaiyyətə hesabat vermək üçündür. Saytdakı məlumatlardan isə belə qənaətə gəlmək olur ki, Elgin Həbibullayev ya hələ də Novruz tətilindədir, ya da mövcud problemlər onu narahat etmir.
Hər halda, 180 mindən artıq əhalisi olan, şəhərin mərkəzində yerləşən bir rayonun icra başçısı işləməli, rayonun sosial-iqtisadi həyatı ilə yaxından məşğul olmalıdır.
Bizimesr.az
Bakunews.tv