Cəmiyyət / Ölkə
7
Bu gün, 12:47

İL MMC vətəndaşı müqaviləsiz işlədib pulunu vermir

Nicat Əhmədov İL MMC-də işləyib.
Anaxeber.info.az-a müraciət edən vətəndaşın sözlərinə görə, şirkətin "Malyuk" uşaq qidaları şöbəsində 5 il fəaliyyət göstərib.

Nicat Əhmədov bildirib ki, bu müddətdə müqaviləsiz işləyib: "Dəfələrlə dedim ki, müqavilə bağlansın, amma etmədilər. Sonra heç bir səbəb olmadan mənimlə işləməyi dayandırdılar. İyulun 1-dən etibarən işləmirəm. Ancaq mənə 1500 manata yaxın ödənişləri qalıb.

Amma bu pulu vermirlər".
Vətəndaş İL MMC-dən maaşını istəyir və aidiyyatı qurumlara müraciət edəcəyini bildirir. Nicat Əhmədov Əmək Müffətişliyi, Dövlət Vergi Xidmətindən köməklik göstərilməsini xahiş edir.
Qeyd edək ki, İL MMC-nin direktoru Arzu Salamdır. O, bu ilin mayından sözügedən vəzifənin icrasına başlayıb.

Bakunews.tv
Son xəbərlər